Dərbənd Təhsil İdarəsinin rəisi tutulub

Dərbənd Təhsil İdarəsinin rəisi tutulub
# 06 iyul 2015 08:58 (UTC +04:00)

APA-nın “Dagestanpost”a stinadən verdiyi məlumata görə, o, büdcədən 47 milyon rubl mənimsəməkdə təqsirli bilinir. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın ilkin nəticəsinə görə, Nadir Kazımov mühasib və xəzinədarla əlbir olaraq əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı olan borclar haqqında təftiş orqanlarına yalnış məlumat verib.

Nadir Kazımov azərbaycanlıdır.

Qeyd edək ki, N. Kazımovun qardaşı, Dərbənd şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəis müavini Elxan Kazımov da iyunun 30-da tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR