2014-cü ildə Azərbaycandan Rusiyaya 818 min turist səfər edib

2014-cü ildə Azərbaycandan Rusiyaya 818 min turist səfər edib
# 13 mart 2015 16:30 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Statistika Federal Xidmətinin (Rosstat) yaydığı məlumatda deyilir.


Məlumatda qeyd olunur ki, 2014-cü ildə Rusiyaya 25,4 milyondan çox turist səfər edib. Ötən il turizm məqsədi ilə Rusiyaya gedən əcnəbilərin sayına görə ilk yeri Ukrayna (8,4 milyon nəfər) tutur. İkinci yerdə Qazaxıstan (3,7 milyon), üçüncü yerdə isə Polşa (1,8 milyon nəfər) qərarlaşıb.


Siyahıda növbəti yerləri Finlandiya (1,4 milyon), Özbəkistan (874 min), Çin (874 min), Azərbaycan (818 min), Moldova (618 min), Ermənistan (601 min) və Almaniya (548 min) bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR