Lənkəranda naməlum kişi meyiti tapılıb

Lənkəranda naməlum kişi meyiti tapılıb
# 11 fevral 2013 14:06 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda naməlum kişi meyiti tapılıb. APA-nın cənub bürosunun yerli hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, meyit bu gün saat 15.30 radələrində rayonun Liman şəhəri ərazisində aşkarlanıb.

Hadisə yerinə gələn polis əməkdaşları müayinə olunmaq üçün meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil veriblər. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR