Kamran İmanov: “Nəzarət markalarının işlənməsi istiqamətində holoqramların tenderi elan olunub”

Kamran İmanov: “Nəzarət markalarının işlənməsi istiqamətində holoqramların tenderi elan olunub”
# 13 oktyabr 2014 10:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Hazırda əqli mülkiyyətin təminatı və piratçılığa qarşı qanunun müddəaları əsasında nəzarət markalarının işlənməsi istiqamətində ciddi iş gedir”. Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, nəzarət markalarının işlənməsi istiqamətində holoqramların tenderi elan olunub: “Nəzarət markası qorunan holoqramdır. Bu holoqramların tenderi artıq elan olunub. Amma nəzarət markası holoqramdan bir şeylə fərqlənir - nəzarət markasında xüsusi kod var, ona fərdiləşmə deyirlər. Kompüter proqramlarının, kitabların, CD və DVD-lərin üzərinə nəzarət markası qoyulacaq. Amma xüsusiyyət ondan ibarətdir ki, onu smartfonla oxumaq, bizim bazamıza daxil olub həqiqiliyini yoxlamaq imkanı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR