Bu ilin doqquz ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 31 mlrd. dollar olub

Bu ilin doqquz ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 31 mlrd. dollar olub
# 07 noyabr 2014 14:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın rezidentləri dünyanın 141 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə əmtəə ixrac olunub, 128 ölkədən idxal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 31-i Amerika, 42-si Asiya ölkələri və digərləridir.

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 31 mlrd. ABŞ dolları, o cümlədən ixracın həcmi 24,4 mlrd. dollar, idxalın həcmi 6,6 mlrd. dollar təşkil edib, nəticədə 17,8 mlrd. dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 1,2 mlrd. dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 130,9 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR