Azərbaycanda məhkumlara internetdən istifadə icazəsi veriləcək

Azərbaycanda məhkumlara internetdən istifadə icazəsi veriləcək
# 29 aprel 2013 11:52 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi müzakirəyə çıxarıla bilər.

Layihəyə əsasən, Azərbaycan həbsxanalarında vətəndaşlığından asılı olmayaraq, cəza çəkən bütün məhkumlara qanunla müəyyən olunmuş müddətdən bir və qanunla tənzimlənəcək müvafiq nəzarət altında həbsxana xaricində bütün dünya üzrə internet resurslarından müvafiq dərəcədə istifadə etmək imkanı əldə edəcəklər. Bununla bağlı hər bir məhkum üçün gündəlik internetdən istifadə üçün limit də müəyyən olunacaq. Layihədə məhkumların internet vasitəsilə öz yaxınları və ailə üzvləri ilə əlaqə saxlaya bilməsi nəzərdə tutulur. Məqsəd məhkumları dünyada baş verən elmi-texniki yeniliklərdən, sivilizasiyadan internet vasitəsilə operativ agah etməkdir.

Hazırkı qanunvericiliyə əsasən, məhkumlar yalnız həbsxana çərçivəsi ilə məhdudlaşan internet imkanlarından istifadə edə bilirlər. Layihənin bu il parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

Qeyd edək ki, bu il qanunvericilikdə xarici ölkə vətəndaşlarının “Skype”dan istifadə etməsi ilə bağlı əlavə maddənin təsdiq olunması da gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR