İran Mərkəzi Bankının sabiq rəhbəri Almaniyada şübhəli şəxs qismində saxlanılıb

İran Mərkəzi Bankının sabiq rəhbəri Almaniyada şübhəli şəxs qismində saxlanılıb
# 03 fevral 2013 18:02 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Almaniyanın Düsseldorf hava limanında İran Mərkəzi Bankının sabiq rəhbəri Təhmasib Mazəhəri saxlanılıb.

APA-nın məlumatına görə, hava limanında onun üzərindən Venesuelanın Mərkəzi Bankına aid olan təxminən 70 milyon dollarlıq bank qəbzi aşkar edilib.

Çirkli pulların yuyulmasında şübhəli bilinən T. Mazəhəri barədə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlayıb.

İstintaq zamanı o bildirib ki, bu pullar Vensuela hökuməti tərəfindən maliyyələşdiriləcək yeni yaşayış binalarının tikintisi üçün nəzərdə tutulub.

Qeyd edək ki, T. Mazəhəri yanvarın 21-də Düsseldorf hava limanında saxlanılsa da, saxlanılan şəxsin məhz sabiq nazir olmasından media yeni xəbər tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR