Bakı Şəhər Baş Polis İdarəsi Yasamal rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi Yasamal rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb
# 06 fevral 2013 07:30 (UTC +04:00)

İdarədən APA-ya verilən məlumatda bildirilir ki, fevralın 5-də saat 22.30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən «Elbaro» restoranında Bakı şəhər sakini - 1972-ci il təvəllüdlü Həsənov Samir Budaq oğlu ona məxsus «Sayqa» markalı ov tüfəngindən atəş açaraq 1968-ci il təvəllüdlü Məmmədov Aydın Akif oğluna və oğlu 1993-cü il təvəllüdlü Eminə bud nahiyəsindən xəsarət yetirib. Yasamal rayon Polis İdarəsi, 28-ci Polis Bölməsi keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Samir Həsənov tutulub.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR