Siyəzəndə 18 yaşlı piyadanı maşın vuraraq öldürüb

Siyəzəndə 18 yaşlı piyadanı maşın vuraraq öldürüb
# 04 iyul 2014 07:19 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Bu gecə Siyəzən rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən şəhər sakini Seymur Qədirov idarə etdiyi 90 LS 578 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomobillə 1996-cı il təvəllüdlü Şabran rayon sakini Mirzəyev Vasif Namiq oğlunu vurub.

Ağır xəsarətlər alan 18 yaşlı gənc Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək olmayıb.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR