Sabirabadda fərdi yaşayış evi yanıb - FOTOSESSİYA

Sabirabadda  fərdi yaşayış  evi yanıb - <span style="color: red;">FOTOSESSİYA
# 14 mart 2013 12:29 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda fərdi yaşayış evində yanğın baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən məlumat verilib. Martın 13-də saat 18.45 radələrində Sabirabad rayonu Suqovuşan kəndində, 1970-ci il təvəllüdlü Hüseynov Rəcəb Davud oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib. 4 otaqdan ibarət ümumi sahəsi 180 kvadrat metr olan mənzil əşyalarla birlikdə tamamilə yanıb. Ev sahibi 2 min manat nağd pulun, qızıl və məişət əşyalarının - ümumilikdə 20 min manatlıq avadanlığın yandığını bildirir.

Yanğına küləkli hava şəraitində evin yaxınlığından keçən su kollektorunda qamışlığın yanması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR