Azərbaycanda havanın temperaturu 3-5 dərəcə aşağı enəcək - VİDEO

Azərbaycanda havanın temperaturu 3-5 dərəcə aşağı enəcək - <span style="color: red;">VİDEO
# 07 iyul 2014 09:45 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyinin üstünlüyü nəticəsində ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

İyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Sabah küləkli hava şəraiti müşahidə olunacaq, şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 6-da hava şəraitinin əsasən axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bölgələrdə qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR