Zaqatalada üzərində bıçaq xəsarətləri olan meyitin şəxsiyyəti məlum olub - YENİLƏNİB - FOTO - VİDEO

Zaqatalada üzərində bıçaq xəsarətləri olan meyitin şəxsiyyəti  məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 avqust 2014 23:33 (UTC +04:00)

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, rayonun Əliabad qəsəbəsində yolun kənarında tapılan, üzərində bıçaq xəsarətləri olan şəxs 1975-ci il təvəllüdlü, Gürcüstan Respublikasının vətandaşı İldırım Cahangir oğlu Musailiyevdi. Hazırda Zaqatala RPŞ-nin və rayon prokurorluğnun əməkdaşları İldırım Musailiyevin kim və yaxud kimlər tərəfindən hansı şəraitdə bıçaqlanaraq qətlə yetirilməsi araşdırılır.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb.

**** 01.48

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, avqust ayının 13-ü gecə saat 23:30 radələrində rayonun Əliabad qəsəbəsində, yolun kənarında üzərində bıçaq xəsarətləri olan 35-40 yaş cıvarında naməlum kişi meyiti tapılıb. Hazırda Zaqatala rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerində üzərində bıçaq xəsarətləri olan şəxsin kimliyini və hadisənin hansı şəraitdə baş verməsini aydınlaşdırılması istiqamətində iş aparır.

Üzərində bıçaq xəsarətləri olan, hələlik şəxsiyyəti məlum olmayan şəxsin qətlə yetirilməsi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR