Respublika Ağsaqqallar Şurasının üzvləri gənclərlə görüş keçiriblər - FOTO

Respublika Ağsaqqallar Şurasının üzvləri gənclərlə görüş keçiriblər - <span style="color: red;">FOTO
# 17 aprel 2013 11:42 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ağsaqqalların cəmiyyətdə tarixi missiyası, yeni dövrdə vəzifələri, yeri və rolu haqda danışıb.

F. Heydərov deyib ki, ağsaqqallar gənclər üçün kamil örnək nümunəsi olmalıdır. O, tədbiri nəsillərin görüşü kimi xarakterizə də edib. F. Heydərov Azərbaycanın inkişafında gənclərin və ağsaqqalların rolu haqda danışaraq bildirib ki, Heydər Əliyevin bir ağsaqqal olaraq Azərbaycan üçün açdığı yol ən düzgün istiqamətdir: “Bu yolu bəyənməyənlərin və irad tutanların əksəriyyəti kənar qüvvələrin maraqlarına xidmət edirlər və onların təsiri altına düşürlər. Sizin rolunuz bu gəncləri düz yola istiqamətləndirməkdir”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qeyd edib ki, nəsillərin dəyişməsi, bir-birini əvəz etməsi təbii, tarixi və zəruri prosesdir: “Nəsillər arasında mənəvi bağlılıq, sıx əməkdaşlıq və faydalı fəaliyyət birliyi vacibdir”.

Ağsaqqal Şurasının üzvləri tədbirdə “Gənclər ağsaqqallardan nəyi əxz etməlidir”, “Azərbaycan ağsaqqalı gənclikdən nə gözləyir”, “Mənəviyyat, ictimai fəaliyyət və ümumiyyətlə, cəmiyyət həyatının əsas sahələrində ənənə ilə yeniliyi bir-birinə necə uzlaşdırmaq, qovuşdurmaq olar” mövzularında çıxış ediblər.

Gənclər təşkilatlarının təmsilçiləri isə çıxışlarında “Azərbaycan gəncləri müasir dövrün ağsaqqalını necə təsəvvür edir”, “Ölkənin dünyada tanınmasına, onun problemlərinin uğurlu həllinə gənclər hansı töhfələr verə bilər”, “Ağsaqqallar Şurasının prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsinə münasibəti” mövzularına toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR