Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksinin artımı davam edir

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksinin artımı davam edir
# 16 aprel 2013 14:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2013-cü ilin yanvar-mart ayları üzrə 1,29 bənd təşkil edib. «APA-Economics» tərəfindən Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2013-cü ilin yanvar-fevral aylarının göstəricisindən 0,03 bəndi çoxdur:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Həmin nisbət əhalinin gəlirlərinin xərclərini üstələnmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.

Cədvəldən göründüyü kimi, bu göstəricinin dinamikası, demək olar ki, təkrarlanır, bu da əhalinin alıcılıq qabiliyyəti sahəsində sabitliyi əks etdirir. Belə ki, hər ilin əvvəlində alıcılıq qabiliyyətinin aşağı düşməsi, sonra isə tədricən artması baş verir. Göründüyü kimi, Azərbaycan üçün son illərdə ən yüksək göstərici 1,5 olub, yəni əhalinin gəlirləri əsas xərclərdən 50% çox olur. Bu da əhalinin həm də yüksək yığım qabiliyyətini göstərir.

Ümumilikdə, yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi 4,531 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,459 mlrd. manat, əhalinin məcmu gəlirləri isə 7,737 mlrd. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 1,747 mlrd. manat və ya cəmi 29,2% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR