Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna xaricdən daxil olan müraciətlərin sayı 27,3% artıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna xaricdən daxil olan müraciətlərin sayı 27,3% artıb
# 30 yanvar 2013 11:54 (UTC +04:00)

Bakı – APA-Economics. Ötən il Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı 27,3% artıb.

DSMF-dən “APA-Economics”ə verilən məlumata görə, fonda daxil olan 2442 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Belə ki, il ərzində MDB ölkələrindən DSMF-yə 1708 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə Türkiyə gəlir - 126 müraciət. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

DSMF-yə daxil olan digər 608 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR