“Xəzər Lənkəran” Kosta-Rika yığmasının futbolçusu ilə müqavilə bağlayıb

“Xəzər Lənkəran” Kosta-Rika yığmasının futbolçusu ilə müqavilə bağlayıb
# 10 fevral 2012 08:53 (UTC +04:00)
Bakı – APA. “Xəzər Lənkəran” klubu qış transfer dövrünün son günündə Kosta-Rika millisinin hücumçusu Rendal Brenesin keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Son mövsümü ölkəsinin “Kartagin” klubunda çıxış etmiş Brenes cari mövsümdə meydana çıxdığı 21 oyunda 14 dəfə fərqlənib.

Qeyd edək ki, Brenes Uinston Parksdan sonra Azərbaycana gələn 2-ci kosta-rikalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR