Danimarkada Avropa millətçilərinin antimüsəlman qurultayı keçiriləcək

Danimarkada Avropa millətçilərinin antimüsəlman qurultayı keçiriləcək
# 31 mart 2012 01:56 (UTC +04:00)
Bakı-APA. Danimarkanın Orxus şəhərində martın 31-də Avropanın ən radikal antimüsəlman qruplaşmalarının toplantısı keçiriləcək. Toplantının nəticələrinə görə vahid antimüsəlman hərəkatı yaratmaq nəzərdə tutulur. Görüş iştirakçıları ictimai fikirdə Avropanı islamlaşmaqdan qorumağın vacibliyi ideyasını möhkəmlətmək fikrindədirlər. Tədbirin şüarı da bu barədədir: «Vahid Avropa islam ekstremistlərinə qarşı — təslim olmayacağıq!»
Görüşün təşəbbüskarı İngilis müdafiə liqasıdır. Tədbirdə Almaniya, Polşa, Böyük Britaniya, İsveç, Finlandiya, Norveç və İspaniyadan olan millətçilər iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR