Təbii fəlakət Çin və Hindistanda 300 min insanın təxliyəsinə səbəb olub

Təbii fəlakət Çin və Hindistanda 300 min insanın təxliyəsinə səbəb olub
# 31 oktyabr 2012 19:48 (UTC +04:00)
Bakı-APA. Çin və Hindistanın sahilyanı məntəqələri tufan və qasırğanın hücumuna məruz qalıb.

Çinin cənubunda «Şontin» tufanı 150 min insanın təxliyə olunmasına səbəb olub. Haynan adasında bir nəfər həlak olub, 6 nəfər isə itkin düşüb. Əyalətə dəymiş ziyanın məbləği 160 milyon dollardır.

Quansi-Çjuan muxtar rayonunda 27,3 min nəfər təxliyə olunub, 600-dən çox ev dağılıb. Əyalətə 40 milyon dollar ziyan dəyib.

«Nilam» tropik qasırğası isə Hindistanın cənub sahillərini vurub.

Andhra-Pradeş ştatında təxminən 150 min nəfər təxliyə olunub. Tamilnad ştatının paytaxtı Çennaye şəhərində 282 məktəb bağlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR