Novruz Məmmədov: “Ermənistana bəhanə lazım idi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini uzatsın”

Novruz Məmmədov: “Ermənistana bəhanə lazım idi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini uzatsın”
# 06 sentyabr 2012 16:03 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu YAP-ın saytına Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, dünya ictimaiyyəti müəyyən məsələlərdə həmişə Ermənistan tərəfində mövqe tutur. Bu isə Ermənistan tərəfini, onun indiki separatçı rəhbərlərini ruhlandırır, onları istədikləri addımları atmağa sövq edir: “Ermənistan dövləti artıq öz fəaliyyəti ilə terrorçu xarakterini ortaya qoyub. Bu da təsadüfi deyil. Ermənistanın indiki rəhbərlərinin əksəriyyəti Dağlıq Qarabağda törədilmiş terror aktlarında, qətliamlarda birbaşa iştirak ediblər və bu gün onların hakimiyyətdə qalması üçün də bu proseslər olmalıdır. Dünya ictimaiyyəti bununla terrorçunun kim olduğunu, kimin terrorçu fəaliyyətlə məşğul olduğunu görməlidir. Ramil Səfərov haqqında biz hər şeyi açıq-aydın demişik. Bununla belə, Ermənistan tərəfinin açıq şəkildə terroru dəstəkləyən mövqe ortaya qoyması həm də ASALA kimi terrorçu təşkilatları ruhlandırır. Elə bil Ermənistan tərəfinə bir bəhanə lazım idi ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, danışıqlar, sülh yolu ilə həllini uzatsın. Ona görə də, bu məsələni əllərində bayraq edib hay-küy salırlar. Bütün dünya da bilir ki, regionda gərginliyin azalmasına mane olan hadisə Ermənistanın Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğal altında saxlamasıdır. Əgər beynəlxalq dairələr ədalətlidirlərsə, qərəzli deyillərsə, buna münasibət bildirməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR