Dow Jones indeksi 0,02%, S&P 500 0,04%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,02%, S&P 500 0,04%, Nasdaq 0,4% yüksəlib
# 23 oktyabr 2012 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 13 346 bəndədək, S&P 500 0,04% - 1 434 bəndədək, Nasdaq 0,4% - 3 017 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-da fond indekslərinin dinamikasına korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında oktyabrın 22-də FTSE 100 indeksi 0,2% - 5 883 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 328 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 483 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 726,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3053 (+0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR