Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qərb bölgəsinə səfər edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qərb bölgəsinə səfər edib
# 24 fevral 2012 08:49 (UTC +04:00)
Tovuz-Şəmkir. Ayxan Hüseynov - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ötən gün Tovuz rayonunun Vahidli kəndinə səfər edib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, nazirin kəndə səfəri ötən il burada “Özünədəstək” birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb edilmiş ailələrlə görüş və yeni layihənin həmin ailələrin yaşayışında, ümumən kəndin sosial-iqtisadi həyatında hansı nəticələr verməsi ilə yaxından tanışlıq olub.

Görüş zamanı layihəyə cəlb edilmiş ailələrin onlara verilmiş mal-qaradan səmərəli istifadə edərək öz təsərrüfatlarını tədricən genişləndirmək istədikləri məlum olub. Onlar bildiriblər ki, bir il ərzində onlara verilən mal-qaranın sayında nisbətən artım olub.

Nazir Füzuli Ələkbərov “Özünədəstək” yardım layihəsinə cəlb edilmənin məqsədyönlü və effektli bir tədbir olduğunu bildirib. “Özünədəstək” layihəsinin icrası sayəsində əldə olunan müsbət təcrübənin bu layihəni digər bölgələrdə də davam etdirməyə imkan verdiyini qeyd edən nazir deyib ki, layihənin həyata keçirilməsində məqsəd aztəminatlı ailələrin ünvanlı yardımdan asılılığını aradan qaldırmaq, ona öz potensialını reallaşdırmaq və gəlirlərini artırmaq üçün müvafiq şəraiti yaratmaqdır. Bundan sonra da dövlət aztəminatlı ailələrə bu istiqamətdə lazımi dəstəyi verəcək.

Vahidli kəndindən sonra Şəmkir rayon Olimpiya İdman Kompleksinə gələn nazir F.Ələkbərov kompleksdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunmuş yeniyetmələr arasında keçirilən cüdo üzrə rayon birinciliyini izləyib və turnirin qaliblərinə mükafatları təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR