Sumqayıtda avtomobil 3 yaşlı uşağı vuraraq öldürüb

Sumqayıtda avtomobil 3 yaşlı uşağı vuraraq öldürüb
# 17 may 2012 09:50 (UTC +04:00)
Bakı-APA. Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 16-da saat 18.30 radələrində Sumqayıt şəhəri ərazisində, qəsəbə sakini Babayar Niftəliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən qəsəbə sakini 3 yaşlı Nərmin Əsgərovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR