ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb
# 11 iyul 2012 12:19 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Xristo Xristov keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle izləyib.

Qeyd edək ki, monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) təmas xəttinin qarşı tərəfinə keçiblər.

ATƏT nümayəndələri Dağlıq Qarabağda və İrəvanda danışıqlar aparacaqlarını bildiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR