«Toyota» avtomobillərində kütləvi nasazlıq aşkarlanıb

«Toyota» avtomobillərində kütləvi nasazlıq aşkarlanıb
# 11 oktyabr 2012 12:56 (UTC +04:00)
«APA-Economics»in şirkətin yaydığı rəsmi xəbərə istinadən verdiyi məlumata görə, geriyə çağırmanın səbəbi sürücü tərəfindən qapının elektrik şüşəqaldırma sistemində nöqsanın aşkarlanmasıdır. Şirkət «Toyota»nın 2006-2010-cu illər ərzində istehsal olunmuş müxtəlif modellərini geri çağırır. Ən çox avtomobil – 2,470 mln. ədəd – ABŞ-dan, daha sonra isə Çindən (1,4 mln. ədəd) və Avropadan (1,390 mln. ədəd) geriyə çağırılıb. Eyni zamanda geriyə çağırılma Yaponiya, Avstraliya, Asiya və Kanadanı da əhatə edir.

Rusiyada bu səbəbdən 250 min «Toyota» avtomobili geriyə çağırılıb. Hazırda şirkətin dünya birjalarında səhmlərinin dəyəri 2% aşağı düşüb.

«Toyota Motor»un Azərbaycanda rəsmi təmsilçisi olan «Toyota Bakı Mərkəzi»ndən «APA-Economics»ə verilən məlumata görə, sözügedən geriyə çağırma aksiyası Azərbaycanda satılan «Toyota» avtomobil modellərinə aid deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR