Çinin xarici işlər naziri: “İranın nüvə proqramı ətrafında yaranmış gərginlik dialoq yolu ilə həll olunmalıdır”

Çinin xarici işlər naziri: “İranın nüvə proqramı ətrafında yaranmış gərginlik dialoq yolu ilə həll olunmalıdır”
# 06 sentyabr 2012 13:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın nüvə proqramı ətrafında yaranmış gərginlik dialoq yolu ilə həll olunmalıdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Çinin xarici işlər naziri Yanq Ji Çi ABŞ dövlət katibi Hillari Klintonla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Çin və ABŞ İranın mübahisəli nüvə proqramını müzakirə ediblər. Y. J. Çi deyib ki, rəsmi Pekin Orta Şərqdə nüvə silahına sahib olmaq niyyətində olan bütün ölkələrə qarşıdır. İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin sülh və diplomatik yollardan həll edilməsinin vacib olduğuna inandıqlarını deyən Çinin xarici işlər naziri bu işdə Tehranla “altılıq” ölkələri arasında keçirilən müzakirələrin müsbət rol oynayacağını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR