Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağışlar yağacaq

Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağışlar yağacaq
# 25 sentyabr 2012 10:09 (UTC +04:00)
Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 16-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Sentyabrın 27-dək respublika ərazisində payız havası davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR