Bakıda Əmanət Sığortaçıları Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin illik konfransı keçirilir

Bakıda Əmanət Sığortaçıları Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin illik konfransı keçirilir
# 27 avqust 2012 09:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, seminarın əsas mövzusu Avrasiya Regional Komitəsinə üzv olan ölkələrdə (Rusiya, Qazaxıstan, Ukrayna və Azərbaycan) əmanətlərin sığortalanması sistemlərinin fəaliyyətinin qiymətləndirilməsi olub.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun sözlərinə görə, bu tədbirin keçirilməsində əsas məqsəd əmanətlərin sığortalanması sahəsində milli qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün digər ölkələrin təcrübəsinin öyrənilməsidir. Bu məqsədlə müxtəlif ölkələrin nümayəndələri öz qanunvericilikləri haqqında təqdimatlarla çıxış edəcək və hansı istiqamətlərdə dəyişiklər olunacağı haqqında qərar qəbul ediləcək.

ABŞ-ın Federal Depozit Sığorta Korporasiyasının (FDSK) xarici əlaqələr ofisinin nümayəndəsi Vijay Deşfande öz təqdimatında bildirib ki, FDSK tərəfindən əmanətlərin sığortalanması üzrə qanunvericilik sahəsində Albaniya, Nigeriya, Malayziya və Kolumbiyada seminarlar keçirilib. Seminarlarda əmanətlərin sığortalanması sahəsində qanunvericilikdə çatışmazlıqlar, mövcud problemlər müzakirə edilib.

V.Deşfande qeyd edib ki, 2010-cu ildə dünya maliyyə böhranı ilə bağlı bir sıra hadisələr baş verib: «Maliyyə böhranı zamanı bir neçə banklarda əmanətlər qaytarılmayıb və əmanətçilər bununla bağlı ciddi problemlərlə üzləşib. Buna görə də əmanətlərin sığortalanması çox vacib şərtdir. Bununla bağlı müxtəlif yollarla əhalinin maarifləndirilməsi zəruridir».

Qeyd edək ki, tədbir avqustun 28-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR