TQDK sınaq imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib

TQDK sınaq imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib
# 03 aprel 2012 12:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sınaq imtahanlarına yazılışla bağlı aparılmış təhlillər göstərib ki, aprelin 8-də keçiriləcək imtahana bəzi abituriyentlər valideynlərinin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. TQDK xəbərdarlıq edib ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirilməsi qəti qadağandır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR