Qubadlının işğalının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Qubadlının işğalının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
# 31 avqust 2012 11:13 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) və ictimaiyyət nümayəndələri Qubadlı rayonunun ermənilər tərəfindən işğal olunmasının 19-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirib. APA-nın məlumatına görə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarları ziyarət edilib. Mərasimdə çıxış edən QAT sədri Akif Nağı işğal günlərinin, anım mərasimlərinin keçirilməsini hazırkı vəziyyətə baxış kimi dəyərləndirib.
O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışan ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz olduğunu vurğulayıb: “Azərbaycanın artıq kifayət qədər hərbi gücü var və bu gün işğal olunan torpaqlar yalnız müharibə yolu ilə geri qaytarıla bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR