Xaçmaz rayonunda “VAZ 2106” markalı avtomaşın idarəetməni itirərək ağaca çırpılıb

Xaçmaz rayonunda “VAZ 2106” markalı avtomaşın idarəetməni itirərək ağaca çırpılıb
# 11 aprel 2012 14:11 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bölgə müxbirinin verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Nərəcan kənd sakini Rəşidov Elmir Ramiz oğlunun idarə etdiyi 38 BC 045 dövlət nömrə nişanlı “VAZ 21 06” markalı avtomaşın idarəetməni itirərək yolun kənarında ağaca çırpılıb. Sürücü müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti stabildir. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR