BDU-da “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib

BDU-da “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib
# 02 oktyabr 2012 11:12 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bakı Dövlət Universitetində (BDU) “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə universitetin rektoru, akademik Abel Məhərrəmov və Latviya, Qırğızıstan, İngiltərə, İsveç və digər ölkələrdən bir çox nümayəndə iştirak edib.

Universitetin rektoru, akademik Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq, bu gün təhsilin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu və bu istiqamətdə irəlilədiyini vurğulayıb. O, universitetin qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesində iştirakından, bu sahədə əldə edilən uğurlardan danışıb. Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdıran rektor bunun ümumilikdə ölkə üçün böyük əhəmiyyətə malik olduğunu bildirib: “Hər forum keçirildikcə onun miqyası genişlənir. Məsələn, 2-ci beynəlxalq foruma dünyanın 70-dən çox ölkəsindən 700-ə yaxın qonaq gəlib. Bu onun göstəricisidir ki, ölkəmizə maraq günü-gündən artır. Əminəm ki, dünya ictimaiyyətinin gələcək inkişafı qloballaşan dünyaya uyğun şəxsiyyətlərin formalaşması ilə bağlıdır. Bu halda ən vacib missiya məhz elm və təhsilin üzərinə düşür”.

A.Məhərrəmov Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyindən də danışıb. Onun sözlərinə görə, Nizami Gəncəvi böyük elmi məktəb yaradıb və onun irsinin dünyada Azərbaycan şairi kimi tədqiq edilməsi qürurvericidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR