Azərbaycanda dünya çempionunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Azərbaycanda dünya çempionunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 04 aprel 2012 13:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində uşu və qaydasız döyüş üzrə dünya çempionu Miramil İbrahimlini qətlə yetirməkdə təqsirləndirilən Çingiz Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Ç. Allahverdiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2011-ci il iyunun 20-də Mərdəkan qəsəbəsində “Tropikanka” çimərliyində Çingiz Allahverdiyev tapançadan atəş açaraq M. İbrahimlini ağır yaralayıb. Şəhər xəstəxanasına çatdırılan Miramil İbrahimli elə oradaca dünyasını dəyişib.

Onu da qeyd edək ki, Miramil İbrahimli qaydasız döyüş üzrə dünya çempionu adını qazanıb. O, 2008-ci ildən uşu üzrə 85 kiloqram çəkidə Azərbaycan çempionu olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR