ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 4-də Azərbaycana gələcəklər
27 sentyabr 2010 11:44 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında rusiyalı həmsədr İqor Popov bildirib. Diplomat deyib ki, oktyabrın 4-5-də Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərə qiymətləndirmə missiyasının səfəri ilə bağlı görüşlər keçirəcəklər: “Görüşlərin yekununa dair mətbuat konfransı keçirəcəyik”.
Xatırladaq ki, Azərbaycan tərəfinin xahişi ilə ATƏT-in qiymətləndirmə missiyası işğal olunmuş ərazilərə səfər edəcək. Missiya ilə bağlı vasitəçilər birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, həmsədrlər BMT-nin Cenevrə və Nyu-Yorkdakı rəsmi şəxsləri ilə əvvəldən apardığı danışıqlar əsasında BMT İnkişaf Proqramının və BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının ekspertlərini rəsmi şəkildə missiyada iştiraka dəvət ediblər.
Qeyd edək ki, qiymətləndirmə missiyası Dağlıq Qarabağ ərazisində olmayacaq, yalnız ətraf 7 rayonda araşdırma aparacaq. Oktyabrın 4-də başlayacaq səfər oktyabrın 14-dək davam edəcək.
Buna aydınlıq gətirən XİN mətbuat katibi Elxan Poluxov APA-ya bildirib ki, Azərbaycan öz xahişində məhz bu ərazilərdə qeyri-qanuni məskunlaşma faktlarının araşdırılmasını istəyib.

Xarici siyasət
Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb
23:01
12 may 2024
Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib
16:32
12 may 2024
Azərbaycan XİN Braziliyaya başsağlığı verib
16:23
12 may 2024
ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir
15:04
11 may 2024