İctimai Palata ACP-nin əməkdaşlıq müraciətini cavablandırmayıb

İctimai Palata ACP-nin əməkdaşlıq müraciətini cavablandırmayıb
# 16 oktyabr 2012 11:16 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Açıq Cəmiyyət Partiyası müxalifətin ümummilli formatının tapılması istiqamətində səy göstərir. Bu barədə APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, ACP də İctimai Palataya (İP) əməkdaşlıq haqqında müraciət göndərib. Lakin qarşı tərəf heç bir rəsmi cavab verməyib: “Biz artıq 14 partiyanı özündə birləşdirən Məşvərət Məclisinin yaradılmasına nail olmuşuq. İctimai Palataya da əməkdaşlıq üçün müraciət etmişik. Partiya bir daha bəyan edir ki, Azərbaycanda demokratik dəyişiklik istəyən, demokratik seçkilərin keçirilməsi istiqamətində fəaliyyət göstərən bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırdır. Biz həm partiya olaraq, həm də Məşvərət Məclisi adından İctimai Palataya əməkdaşlıq üçün müraciət etmişik. İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə qeyri-rəsmi danışıqlar olsa da, hələlik rəsmi cavab verilməyib”.

İP Koordinasiya Şurasından APA-ya bildirilib ki, ACP-nin əməkdaşlıq haqqında hər hansı müraciətindən xəbərsizdirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR