Zirə İdman Kompleksinin açılışı olub-FOTO

Zirə İdman Kompleksinin açılışı olub-<font color=red>FOTO</font>
# 09 may 2012 17:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva da iştirak edib.

M. Əliyeva kompleksdə yaradılmış şəraitlə tanış olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə tikintisinə 2011-ci ildə başlanılmış kompleksə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər daxildir. Tikinti işləri yerli və xarici mütəxəssislər tərəfindən AFFA və FİFA-nın nəzarəti altında həyata keçirilib.

Kompleksdə idman zalları, tədris otaqları, məşq avadanlığı, kompüter otağı, meydança, ingilis və fransız dillərinin öyrədilməsi üçün linqofon kabinetləri, həkim otaqları və sanitar qovşaqları var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR