«Unibank» yeni uduş aksiyası keçirir

«Unibank» yeni uduş aksiyası keçirir
# 09 mart 2011 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC Novruz Bayramına həsr olunmuş yeni aksiya keçirir. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, martın 9-dan aprelin 30-dək bankın xidmət şəbəkəsində «Al Kart» və nağd kreditlər alan hər beşinci müştəriyə «Mobitel» zəmanətli «Nokia 2700» və ya «Nokia 7100» markalı mobil telefon hədiyyə ediləcək.
Adı çəkilən kreditlərin rəsmiləşdirilməsi proseduru da sadələşdirilib. Belə ki, «Al Kart» və nağd kreditlərin cəlb olunması üçün təsdiqlənmiş aylıq gəlirləri müvafiq olaraq ən azı 200 manat və 85 manat təşkil edə bilər. Eyni zamanda, 2 000 manatadək kreditlər verildiyi təqdirdə bank tərəfindən zamin və girov tələb olunmur.

Hədiyyə alan müştərilərin təyin edilməsi «Unibank»ın xüsusi proqram təminatı vasitəsilə müəyyən edilir. Kreditlərin alınması üzrə ardıcıllıq kompyuter sistemində müştərinin müraciətinin edildiyi vaxta görə hesablanır. Qaliblər mərkəzləşdirilmiş qaydada «Unibank»ın bütün xidmət şəbəkəsi üzrə müəyyən edilir. Aksiya bankın əməkdaşlarına tətbiq olunmur.
Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR