“Rosatom”um rəhbəri: “İranın “Buşehr” Atom Elektrik Stansiyasının layihəsi müəyyən edilən tarixdə başa çatacaq”

“Rosatom”um rəhbəri: “İranın “Buşehr” Atom Elektrik Stansiyasının layihəsi müəyyən edilən tarixdə başa çatacaq”
# 23 mart 2012 11:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranın “Buşehr” Atom Elektrik Stansiyasında tamamlanma işləri proqramlaşdırıldığı kimi həyata keçiriləcək”. APA-nın məlumatına görə, bunu Rusiyanın «Rosatom» şirkətinin rəhbəri Sergey Kiriyenko deyib.

O bildirib ki, nəzərdə tutulan proqramda heç bir dəyişiklik yoxdur: ““Buşehr” Atom Elektrik Stansiyasında işlər planlaşdırıldığı kimi davam edir. Layihə müəyyən edilən tarixdə başa çatacaq”.

Qeyd edək ki, hazırda 40 faiz fəaliyyət göstərən “Buşehr” Atom Elektrik Stansiyasının 2012-ci ilin ilk 6 ayında tam şəkildə çalışacağı planlaşdırılır. 1995-ci ildə “Buşehr” stansiyasının təkmilləşdirilməsi üçün İran və Rusiya arasında 1 milyard dollarlıq müqavilə bağlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR