«Bank Standard»ın «İpoteka» filialı yeni ünvana köçüb

«Bank Standard»ın «İpoteka» filialı yeni ünvana köçüb
# 03 iyul 2012 10:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» ASC-nin «İpoteka» filialı yeni ünvana köçüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filialın yeni binası Akademik Feyzulla Qasımzadə küçəsi, 9 ünvanında yerləşir.

Hələ 2008-ci ilin əvvəlində vahid ipoteka mərkəzi kimi fəaliyyətə başlayan «Bank Standard»ın «İpoteka» filialı Azərbaycanda ipoteka üzrə ixtisaslaşdırılmış ilk filialdır. Bu filialda ümumi bank işi və ipoteka kreditləşməsi sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssislər və daşınmaz əmlak üzrə məsləhətçilər çalışırlar.

Qeyd edək ki, «İpoteka» filialı ixtisaslaşmış ipoteka xidmətləri ilə yanaşı, digər bank xidmətlərinin göstərilməsini də təmin edir. Bura fiziki şəxslərə istehlak kreditlərinin verilməsi, əmanətlərin qəbulu, depozit seyflərinin icarəsi, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif xidmətlər daxildir.

Filialın yeni inzibati bina ilə təmin edilməsi əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılması, eləcə də bankın müştərilərinə daha geniş şəraitdə xidmət olunması məqsədi daşıyır.

Hazırda «Bank Standard»ın 15 filial və şöbələri fəaliyyət göstərir. Onlardan Baş ofis, 11 filial və 1 şöbə olmaqla 12-si paytaxtda, qalan 3 filial isə Gəncə, Quba və Lənkəran şəhərlərində yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR