Hüquq müdafiəçisi İranın Azərbaycana qarşı apardığı təbliğatla bağlı bəyanat yayıb

Hüquq müdafiəçisi İranın Azərbaycana qarşı apardığı təbliğatla bağlı bəyanat yayıb
# 23 may 2012 10:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov son dövrlər İran İslam Respublikasının Azərbaycana qarşı apardığı təbliğatla bağlı bəyanat yayıb. E. Behbudovun APA-ya verdiyi məlumata görə, bəyanatda İranın Azərbaycana olan qərəzli münasibəti pislənilib: “İran İslam Respublikasında yaşayan azərbaycanlılar təzyiqlərlə üzləşirlər. Onlara həbsxanalarda dəhşətli işgəncələr verilir. Biz İranı özümüzə dost ölkə bilsək də, onlar Azərbaycana qarşı qərəzli münasibət göstərirlər. “Eurovision” mahnı müsabiqəsi ilə bağlı Azərbaycanda guya gey parad keçirilməsinin islam dininə zidd olduğunu deyirlər. Lakin Azərbaycanda belə parad keçirilməyib. Bütün hallarda Azərbaycan müstəqil dövlətdir və İran mollarının Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur”.

E. Behbudov bəyanatın BMT-yə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara da göndəriləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR