Azərbaycanda iaşə dövriyyəsinin həcmi son bir ildə 17% artıb

Azərbaycanda iaşə dövriyyəsinin həcmi son bir ildə 17% artıb
# 24 sentyabr 2012 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 59,1 mln. manat və ya 17,1% artaraq 379,7 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəl sektorda iaşə dövriyyəsinin 48,6%-i hüquqi şəxs statuslu müəssisələrin, 51,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşür: «Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,3% artaraq 188,3 mln. manat olub».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR