Tovuzda yaşayış binası yanıb

Tovuzda yaşayış binası yanıb
# 20 fevral 2012 12:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Tovuz şəhərində yaşayış binası yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 18 mənzildən ibarət kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Binanın dam örtüyünün qalan hissəsi və mənzillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR