Siyəzəndə maşın aşıb, 2 nəfər xəsarət alıb

Siyəzəndə maşın aşıb, 2 nəfər xəsarət alıb
# 19 sentyabr 2012 08:07 (UTC +04:00)
Siyəzən. Vəli Turan-APA. Dünən axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 108-ci km-də, Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhəri istiqamətində hərəkətdə olan “10 UV 039” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb.

Siyəzən rayonunun Tağay kənd sakini, 24 yaşlı sürücü Nicat Əhmədov və həmkəndlisi 25 yaşlı Xəyyam Ağayarov müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Xəyyam Ağayarovun vəziyyəti ağır olduğu üçün o, ilkin yardımdan sonra paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb. Nicat Əhmədov isə ambulator qaydada müalicə olunur.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR