ATƏT Azərbaycan, Tacikistan və Əfqanıstandan olan qadın sahibkarlar üçün treninq keçirib

ATƏT Azərbaycan, Tacikistan və Əfqanıstandan olan qadın sahibkarlar üçün treninq keçirib
# 28 sentyabr 2012 13:43 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. ATƏT-in iqtisadi və ekoloji fəaliyyət üzrə koordinatorunun ofisi Azərbaycan, Tacikistan və Əfqanıstandan olan qadın sahibkarlar üçün treninq keçirib.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən xəbərinə görə, beş günlük seminar treninqlərdən və Türkiyənin zərgərlik, toxuculuq fabriklərinə iki günlük təlim səfərlərindən ibarət olub.

Layihə BMT-nin Əfqanıstandakı İnkişaf Proqramı və Ümumdünya Ədalətli Ticarət Təşkilatı tərəfindən dəstəklənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR