Azərbaycan nümayəndə heyəti «Gələcəyin əsgəri-2012» beynəlxalq müdafiə sərgisi və konfransında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti «Gələcəyin əsgəri-2012» beynəlxalq müdafiə sərgisi və konfransında iştirak edəcək
# 29 sentyabr 2012 08:50 (UTC +04:00)
APA-nın sərginin təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, NATO tərəfindən təşkil olunan sərgidə Alyansın gələcək hərbi planları, quruma üzv ölkələrin silahlı qüvvələrində aparılan modernləşmə layihələri barədə təqdimatlar keçiriləcək.

Dünyanın müxtəlif ölkələrindən hərbi firmalar öz məhsullarını nümayiş etdirəcəklər.

Sərgidə Azərbaycanı müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyətinin təmsil edəcəyi gözlənilir.

Sərgidə müxtəlif ölkələrdə «Gələcəyin əsgəri» proqramları çərçivəsində hazırlanmış və hazırlanmaqda olan təchizat dəstləri də nümayiş etdiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR