Ağstafada «Öz biznes ideyanı yarat» və «Öz biznesinə başla» mövzularında treninq keçirilib

Ağstafada «Öz biznes ideyanı yarat» və «Öz biznesinə başla» mövzularında treninq keçirilib
# 30 iyul 2012 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi, İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada Beynəlxalq Əmək Təşkilatının «Öz biznesinə başla və təkmilləşdir» Proqramı çərçivəsində sahibkarlar üçün «Öz biznes ideyanı yarat» və «Öz biznesinə başla» mövzularında treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları, eləcə də Ağstafa rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq tədbirlərinin görülməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Həmçinin tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR