Ter-Petrosyan: “Ermənistanın güclü dövlət olmasının yolu Türkiyə ilə münasibətlərin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir”

Ter-Petrosyan: “Ermənistanın güclü dövlət olmasının yolu Türkiyə ilə münasibətlərin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir”
# 24 sentyabr 2012 16:17 (UTC +04:00)
APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri Ermənistanın keçmiş və ilk prezidenti Levon Ter-Petrosyan deyib.

Ermənistanın müstəqilliyinin 21-ci ildönümü ilə bağlı açıqlama verən müxalif Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirib ki, Ermənistan güclü dövlət olmaq üçün Türkiyə ilə münasibətləri normallaşdırmalı, Dağlıq Qarabağ problemini həll etməli və korrupsiyanı aradan qaldırmalıdır: “Burada tapmaca tapmağa ehtiyac yoxdur.
Sadaladığım problemləri həll edin, görün Ermənistan necə dövlət olacaq”.

İndiki prezident Serj Sarkisyanı tənqid edən L. Ter-Petrosyan bu problemlərin həlli üçün siyasi iradə lazım olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR