Suriyadakı beynəlxalq müşahidəçilərin sayı azaldılacaq

Suriyadakı beynəlxalq müşahidəçilərin sayı azaldılacaq
# 10 avqust 2012 01:52 (UTC +04:00)
Bakı-APA. Suriyadakı beynəlxalq müşahidəçilərin sayı 100 nəfərədək azaldılacaq. Bu barədə jurnalistlərə BMT-dəki diplomatik mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, müvafiq qərar müşahidə missiyasında iştirak edən ölkələrin nümayəndələrinin görüşündə qəbul olunub. Hazırda müşahidəçilərin sayı 150 nəfərdir.

2011-ci ilin martında Suriyada hökumət və müxalifət arasında qarşıdurma başlayandan bəri ölkədə 17 minədək insan öldürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR