AMEA-da dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib

AMEA-da dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib
# 10 iyul 2012 15:25 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə İşçi Qrupun Rəyasət Heyəti üzvlərinin iştirakı ilə növbəti iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 23 may 2012-ci il tarixli sərəncamının əhəmiyyətini vurğulayaraq bunun ölkə başçısının dövlətin başlıca rəmzlərindən olan ana dilimizə olan qayğısının bariz nümunəsi olduğunu və ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin edəcəyini qeyd edib.

İşçi Qrupun fəaliyyəti haqqında məlumat verən AMEA-nın müxbir üzvü Kamal Abdullayev Dövlət Proqramının hazırlanması üçün verilən təkliflər, aparılan müzakirələrdən danışıb.

Sonra Rəyasət Heyətinin üzvləri tərəfindən Dövlət Proqramının hazırlanması ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər irəli sürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR