Azərbaycanda “Muzıkalnıy Olimp” festivalı keçiriləcək

Azərbaycanda “Muzıkalnıy Olimp” festivalı keçiriləcək
# 05 sentyabr 2012 12:34 (UTC +04:00)
Üzeyir Hacıbəyli adına III Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil ediləcək bu beynəlxalq klassik musiqi konserti 18-21 sentyabr tarixlərində Azərbaycan Dövlət Filarmoniyasında, sentyabrın 20-də isə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

APA-nın məlumatına görə, “Muzıkalnıy Olimp” festivalının konsert proqramlarında dünyanın bir çox tanınmış musiqiçisi - Fransadan Solen Paydassı, Almaniyanın “Signum” saksofonçular kvarteti, İsveçrədən Kristof Kruaze, Rusiyadan İlya Maksimov, eləcə də Eyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Festivalda çıxış edəcək solistlərin proqramına klassik dünya bəstəkarlarının əsərləri daxildir.

Festivalın əsas məqsədi milli mənsubiyyətindən asılı olmayaraq peşəkar və istedadlı gənc musiqiçilərin yaradıcılıq karyeralarına dəstək olmaqdır. Bu festivalda yalnız nüfuzlu beynəlxalq müsabiqələrin qalibləri iştirak edirlər. !7 ildir təşkil olunan festivalda indiyədək 40 ölkədən 400-dən artıq gənc ifaçı iştirak edib. Onlardan bir çoxu - Nikolay Snayder, İlya Qrinqolts, Sayaka Sedzi, Eldar Nebolsin, Martin Frest, Marina Poplavskaya artıq beynəlxalq aləmdə tanınmış musiqiçilərdir.

“Muzıkalnıy Olimp” festivalı ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının birgə təşkili təklifi ilə beynəlxalq müsabiqələr laureatı dirijor Əyyub Quliyev çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR