Şabranda 20 yaşlı gənc bıçaqlanıb

Şabranda 20 yaşlı gənc bıçaqlanıb
# 28 may 2012 09:18 (UTC +04:00)
Şabran. Vəli Turan – APA. Mayın 27-də axşam saatlarında Şabran rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Ağbaş kənd sakini, 20 yaşlı Elxan Nurulla oğlu Səmədov bıçaqlanıb. O, ağır vəziyyətdə Şabran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Üzərində cərrahiyyə əməliyyatı aparılan 20 yaşlı gənci vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisənin törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi və olayın səbəbləri Şabran rayon Polis Şöbəsi tərəfindən araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR